“Simurq” Ukraynalı futbolçuları sınayacaq
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

“Simurq” Ukraynalı futbolçuları sınayacaq

18/01/2012

“Simurq” yanvar ayının 14-dən etibarən Antalyada qış təlim-məşq toplanışına start verib.

“Mardan Palas” mehmanxanasında məskunalaşan “Simurq”un icraçı direktoru Vaqif Əliyevin verdiyi məlumata görə, komanda ayın 31-ə kimi Antalyada hazırlıqlarını davam etdirəcək: “Yanvarın 21-də Qazaxstanın “Kaysar” komandası ilə yoxlama oyununa çıxacağıq. 27 və 31 yanvar tarixlərində daha iki yoxlama oyunu keçirməyi planlaşdırırıq. Lakin hazırda bu komandaların adları tam dəqiqləşməyib. “Turan”dan yarımmüdafiəçi Rəşad Orucov “Simurq”un heyətinə cəlb olunub. Həmçinin Ukraynadan da bir neçə futbolçunun baxışa gəlməsi gözlənilir”.

Mənbə - PFL-in rəsmi saytı

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK