Unibank Premyer Liqası / Xəbərlər
Stanislav Çerçesov: "Neftçi" MDB-nin ən güclü klublarından biridir
03/02/2012
"Neftçi" həmişə yaxşı komanda olub. Bu gün də sübut etdilər ki, nəinki Azərbaycanın, həm də MDB-nin ən güclü klublarından biridir. Bu sözləri "Terek" klubunun baş məşqçisi Stanislav Çerçesov "Neftçi" ilə oyundan sonra deyib. Məlumatı "Neftçi" PFK-nın rəsmi saytı yayıb.
Bu gün Bakının "Neftçi" klubu Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə sonuncu oyununu keçirib. Flaqman 3-cülük uğrunda oyunda, Rusiyanın "Terek" klubunu 3-0 hesabı ilə məğlub edib. Neftçinin qollarına Slavço Georgiyevski (18 dəq.), Cavid İmamverdiyev (48 dəq) və Cavid Hüseynov (66 dəq.) imza atıblar.
"Rəqibin son 3 oyunda qələbə qazanması da dediklərimi sübut edir. "Neftçi"nin güclü yarımmüdafiə və hücum xətti var. Rəqibimiz finala layiq idi, amma 3-cü yer də pis nəticə deyil", - Çerçesov əlavə edib.


