“Sumqayıt”ın vuran ayağı yoxdur - Bernhard Raab
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

“Sumqayıt”ın vuran ayağı yoxdur - Bernhard Raab

21/02/2012

“Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raab bu gün Unibank Premyer Liqasında “İnter”ə 0:2 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, bu gün oyundan sonra keçirilən mətbuat konfransında o bildirib ki, komandasının futbolçuları gənc olduqlarından təcrübələri çatmır.

“Sumqayıt”ın vuran ayağı yoxdur. Son nöqtəni qoya biləcək hücumçunun olmaması bizə problem yaradır. Rəqib bizim iki səhvimizdən istifadə edib fərqlənə bildi. Ümumilikdə isə komandamın oyunundan razı qaldım. Onlar sonadək mübarizə apardılar” – deyə o bildirib.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK