Turan prezidentsiz qaldı
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Turan prezidentsiz qaldı

24/01/2012

 

“Turan” prezidentsiz qalıb. Azerisport.az xəbər verir ki, Tovuz klubunun prezidenti Musa Süleymanov komandanı maliyyələşdirməkdən imtina edib.

Süleymanov klub rəsmiləri ilə görüşdə artıq “Turan”ı maliyyələşdirməyəcəyini rəsmən açıqlayıb: “Artıq “Turan”ın prezidenti deyiləm. Əgər klubu götürmək istəyən varsa, gəlib işləsin. Biz də dəstək verərik”.

Süleymanovun imtinasından sonra “Turan”ın taleyi sual altına düşüb. Klubun Premyer Liqada çıxış edib-etməyəcəyi bilinmir.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK