Unibank Premyer Liqası / Xəbərlər
“Turan” yoxlama oyununda “Tərəqqi”ni məğlub etdi
02/02/2012
Yanvarın 27-dən hazırlıqlara başlayan “Turan” çərşənbə günü ikinci yoxlama oyununa çıxıb.
Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin www.pfl.az saytına verdiyi məlumata görə, Tovuz təmsilçisi I Divizionda çıxış edən “Tərəqqi”ni 3:1 hesabıyla məğlub edib: ““Turan”ın qollarını Xəyal Qarayev, Rəşad Piriyev və Kovadio Paskal vurub. Tovuz təmsilçisi bu görüşdə Fil Dişi Sahilindən olan bir neçə futbolçunu baxışdan keçirib. Onlardan ikisi baş məşqçi Rasim Əliyevin etimadını qazanıblar və bir müddət yoxlanılacaqlar”.
Qeyd edək ki, “Turan” dekabrın 31-də “Şəmkir”lə keçirdiyi ilk yoxlama oyununda da 3:1 hesabıyla qalib gəlmişdi.


