Unibank Premyer Liqası / Xəbərlər
“UNİBANK” KUBOKU UĞRUNDA MİNİ-FUTBOL (FUTZAL) ÜZRƏ TURNİRİN REQLAMENTİ
18/11/2010
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ ARASINDA
“UNİBANK” KUBOKU UĞRUNDA MİNİ-FUTBOL (FUTZAL) ÜZRƏ
TURNİRİN REQLAMENTİ
- Turnirin məqsədləri
1.1. «Unibank» Kuboku uğrunda mini-futbol üzrə turnir «Unibank» və müxtəlif kütləvi informasiya vasitələri (KİV) arasında olan tərəfdaşlığın inkişaf etdirilməsi və Bankın idman sahəsində sponsor olduğu layihələrin təbliği məqsədi ilə təşkil olunur.
2. Turnirin təşkilatçıları və onun idarə edilməsi
2.1. Turnirin əsas sponsoru və təşkilatçısı «Unibank» Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyətidir. Bank bilavasitə turnirin təşkilatçısı qismində onun idarə edilməsinə və aşağıda göstərilən qaydaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
3. Oyunların keçirilməsi
3.1. «Unibank» Kuboku uğrunda təşkil olunan turnir 2010-cu ilin noyabrından 2011-ci ilin yanvar ayınadək üstüörtülü xüsusi mini-futbol üçün nəzərdə tutulan idman meydançalarında (zallarda) keçirilir.
3.2. Turnirin təqvimi onun Təşkilat komitəsi tərəfindən təsdiqlənir və bütün iştirakçılara oyunlara ən azı 3 gün qalmış açıqlanır.
3.3. Turnir çərçivəsində keçən oyunların tarixi və təyin olunan vaxtı təxirə salına bilməz.
3.4. Təqvimə uyğun oyunda iştirak etməyən və yaxud meydançaya 15 dəqiqədən artıq gecikən komandaya 0:5 hesabı ilə texniki məğlubiyyət, həmin komandanın rəqiblərinə isə 5:0 hesabı ilə texniki qələbə verilir. Komandanın oyuna təkrar gəlməməsi və ya təkrar gecikməsi hallarında onun turnirdə iştirakı Təşkilat komitəsi tərəfindən dayandırıla bilər. Bu zaman həmin komandanın Turnir çərçivəsində təyin olunan oyunların 50%-ə qədər iştirakı qeydə alınıbsa, onun xalları nəzərə alınır və sonrakı rəqiblərinə 5:0 hesabı ilə texniki qələbə verilir.
3.5. Oyun vaxtının dəyişdirilməsi barədə komanda kapitanların ərizələri keçiriləcək oyuna ən azı 3 (üç) gün qalmış qəbul edilir.
3.6. Komandanın oyuna gəlməməsi və ya gecikməsi halları həmin oyunları idarə edən Baş hakim tərəfindən qeydə alınır.
4. Turnir iştirakçıları
4.1. «Unibank» Kuboku uğrunda təşkil olunan Turnirdə heyətləri yalnız təmsil etdikləri kütləvi informasiya vasitələrində çalışan, eləcə də əvvəl peşəkar futbol ilə məşğul olmayan oyunçulardan ibarət və Sifarişlərini Təşkilat Komitəsinə noyabrın 25-nə kimi təqdim edən komandalar iştirak edə bilər.
4.2. Turnirdə iştirak edən hər bir oyunçu yalnız bir komandada oynaya bilər. Sifarişdə adları qeyd olunmayan oyunçular meydandan xaric olunurlar, diskvalifikasiya olunan oyunçunun təkrar iştirak etməsi cəhdi qeydə alınarsa, onun təmsil etdiyi komandaya həmin oyunda 0:5 hesabı ilə texniki məğlubiyyət verilir.
4.3. «Unibank» Kuboku uğrunda keçirilən turnir iştirakçıları üçün qoyulan maksimal yaş həddi 50-ə qədərdir. Səhhətində problem olan oyunçuların iştirakına yol verilmir.
5. Turnir qaydaları
5.1.Turnirdə iştirak edən komandalar iki sayca bərabər qrupa bölünürlər və ilkin mərhələdə bir-birləri ilə qrupdaxili oyunlar keçirirlər. Qrupdaxili oyunlar nəticəsində hər iki qrupda 1-ci və 2-ci yerləri tutan komandalar turnirin ½ final mərhələsinə vəsiqə qazanırlar.
5.2. Qrupdaxili oyunların sonunda 2 və daha artıq komandaların xalları bərabər olarsa, əsas üstün amil kimi aralarında olan oyunların nəticələri, qələbələrin sayı, vurulan və buraxılan topların fərqi qəbul olunur, bu göstəricilərin bərabər olması zamanı isə ½ final mərhələsinə çıxan komanda püşkatma nəticəsində təyin edilir. Püşkatma hər iki komandanın kapitanları arasında Təşkilat komitəsi tərəfindən keçirilir.
5.3. Turnirin ½ final mərhələsinın oyunlarında qalib gələn komandalar finala çıxıb 1-ci və 2-ci yerlər uğrunda mübarizə aparırlar, ½ final mərhələdə məğlub olan komandalar arasında isə 3-cü yer uğrunda yekun oyun keçirilir.
5.4. Final və ½ final oyunların əsas vaxtı bərabər hesab ilə bitirsə, hakim tərəfindən əlavə hər biri 5 dəqiqə davam edən iki qısa əlavə hissələr təyin olunur. Əsas vaxta əlavə olunan vaxt zamanı heç-heçə qeydə alınırsa, hər komandanın qapısına altımetrik məsafədən 5 (beş) penalti zərbələri təyin olunur. Penalti zərbələrin nəticələri bərabər olduğu təqdirdə isə komandalar növbə ilə əlavə tək penalti zərbələri yerinə yetirməklə qalibi müəyyən edirlər.
5.4. Turnirdə keçirilən hər bir oyun iki hissədən ibarətdir, hər hissədə komandalar arasında qarşlılaşma 20 dəqiqə (təmiz vaxt), fasilə isə 5 dəqiqə davam edir.
5.5. Hər bir oyun zamanı iki sarı ə ya bir qırmızı vərəqə alan oyunçu meydandan xaric olunur və növbəti bir oyunda iştirak edə bilməz. Klub nümayəndəsi və oyunçuların etdiyi hərəkətin dərəcəsindən asılı olaraq istisna hallarda Təşkilat Komitəsi həmin şəxs və ya şəxsləri Turnir oyunlarından kənarlaşdıra bilər.
6. Oyunçuların idman geyimi
6.1. Hər bir komandanın oyunçuları Turnirdə eyni rəngli və eyni tərtibatda olan idman geyimdə çıxış etməlidirlər.
6.2. Turnir oyunlarında komandaların oxşar idman geyimində iştirakına icazə verilmir. Əks təqdirdə komandalardan birinə püşkatma əsasında və rəqiblərdən fərqlənən toraoxşar çiyinlik geyim dəsti təqdim olunur.
7. Qaydalara əməl etmə və məsuliyyət
7.1. İiştirakçı komandalar və onların oyunçuları mini-futbol (futzal) beynəlxalq FİFA qaydaları əsasında təşkil olunan Turnirin qaydalarına tam riayət etməlidirlər və bir-birlərinə qarşı, eləcə də Turnirin hakimləri və azarkeşlərə qarşı hörmət və ehtiram nümayiş etdirməlidirlər.
7.2. Komandanın oyunçuları və azarkeşləri tərəfindən hazırkı Reqlamentin və oyun qaydalarının pozulması hallarına yol verilərsə, bu hallara görə məsuliyyəti həmin komandanın rəhbərliyi daşıyır.
7.3. Turnir zamanı oyun meydançasını hakimin icazəsi olmadan tərk edən komandaya Təşkilat Komitəsinin gərarı ilə 0:5 hesabı ilə texniki məğlubiyyət, bu zaman rəqib komanda isə 5:0 hesabı ilə qələbə verilir.
7.4. İstisna hallarda qarşılaşan hər iki komandanın oyunçuları tərəfindən Turnir reqlamenti və qaydaları pozulduğu təqdirdə, Təşkilat komitəsi tərəfindən bu oyunun nəticələri tam ləğv oluna bilər. Bu zaman texniki məğlubiyyət və ya texniki qələbə barədə qərar çıxarılmır.
7.5. Turnir dövründə və ya oyunlar zamanı Turnir iştirakçılarının zədələnməsinə, xəsarət almasına, tam və ya qismən əmək qabiliyyətini itirməsinə görə və yaxud olümlə nəticələnən hər hansı bir bədbəxt hadisəyə görə Turnirin təşkilatçıları heç bir məsuliyyət daşımırlar.
8. Hakimlik
8.1 Turnir zamanı hakilmlik hazırkı Reqlamentdə elan olunan və mini-futbol üzrə beynəlxalq FİFA qaydalara uyğun aparılır.
8.2. Hakimlərin hər hansı bir Turnir oyununa təyinatını Təşkilat Komitəsi həyata keçirir.
8.3. Hər bir Turnir oyunun nəticələri qarşılaşan komanda rəhbərlərinin imzası olmaq şərti ilə hakim tərəfindən tərtib olunan protokolda qeydə alınır və Təşkilat Komitəsinə təqdim olunur.
8.4. Turnir çərçivəsində keçirilən oyunların nəticələrinə dair komandaların etirazları baş tutan oyundan 24 saat keçməmək şərti ilə (Bayram və istirahət günləri istisna təşkil edir) Təşkilat komitəsinə təqdim oluna bilər.
8.5. Komanda rəhbərləri etiraz edən zaman mütləq qaydada bu barədə oyunu idarə edən hakimləri xəbərdar etməlidir.
8.6. Etirazların Təşkilat Komitəsi tərəfindən baxılması və müvafiq sürətdə oyun nəticələrinə dair son qərarın çıxarılması müddəti 3 gün təşkil edə bilər.
9. Tələb olunan sənədlər
9.1. Turnirdə komandaların iştirakını təmin edən Sifariş forması «Unibank» Premyer—liqasının rəsmi saytında www.upl.az yüklənib.
9.2. Sifarişdə göstərilən komandanın heyəti 8 oyunçudan çox ola bilməz.
9.3. Turnirin ikinci mərhələsində (yarımfinal və final oyunlar) hər bir komanda daha iki oyunçunu əsas heyətə əlavə etmək və onların əvəzində digərlərini oradan xaric etmək hüququndadır. Bu zaman oyunçuların toplam sayı 8 nəfərdən artıq ola bilməz.
9.4. Bir oyunçunun digər komandaya transferinə icazə verilmir.
9.5. Komandaların Sifariş formalarda oyunçuların soy adları, adları və ataların adları, eləcə də təvəllüd tarixləri, şəxsiyyət vəsiqələrin nömrələri, təmsil etdikləri KİV-lərdə tutduqları vəzifələri və işə başlama tarixləri mütləq qeyd olunmalıdır.
9.6. Komandaların Sifarişləri Təşkilat komitəsi tərəfindən yoxlanılır və təsdiqlənir. İştırakçı olan komandalar eyni və yaxud oxşar adlarla Turnirdə iştirak edə bilməzlər.
9.7. Turnirin Təşkilat Komitəsinin iclasları zəruri hallarda keçirilir.
10. Təltifolunma
10.1. «Unibank» Kuboku uğrunda təşkil olunan turnirdə 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar Bank tərəfindən mükafatlandırılır və Fəxri diplomlarla təltif olunurlar.
10.2 Turnirdə ən yaxşı oyunçu (vurulan qolların sayına görə) və qapıçı (buraxılan topların sayına görə) Bankdan xüsusi hədiyyələr və müvafiq diplomlar ilə təltif olunurlar.
10.3. Turnirin hakimləri Bank tərəfindən Fəxri diplomlarla təltif olunurlar.
Şərhlər
10:14 / 25.11.2010
Daha bir teklif mennen gelsin...lipalarin qarwisini almaqchun iwtirakchilarin emek kitabchalarinin sureti teleb olunsun....belede saxta vesiqe de aldadici olmayacaq...
14:56 / 19.11.2010
Təklif edirəm, Sifariş ərizəsinə 8 deyil, 10 futzalçının adı yazılsın. Butun iştirakçı komandalara uğurlar arzu edirəm. Təşəkkürlər....



15:06 / 09.01.2012
Elamini teklifini destekleyirem