Unibank Premyer Liqasında növbəti baş məşqçi istefası
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Unibank Premyer Liqasında növbəti baş məşqçi istefası

06/02/2012

Unibank Premyer Liqasında növbəti baş məşqçi istefası baş verib. “Rəvan” bu mövsümdə ikinci dəfə çalışdırıcısıyla yolları ayırıb. Klubun vitse-prezidenti Bəhruz Şirəlyev Qol.Az-ın müxbiri ilı söhbətində Vladislav Qədirovun istefaya göndərildiyini bildirib.

Baş məşqçi vəzifəsi müvəqqəti olaraq Bəhmən Həsənova həvalə edilib. Klub rəsmisi yeni çalışdırıcı axtardıqlarını deyib.

Qeyd edək ki, bu, cari mövsümdə 7-ci istefadır. Bu mövsüm "Rəvan" Bəhmən Həsənovla, “Xəzər Lənkəran” Mirça Redniklə, "Qəbələ" Toni Adamsla, AZAL Elxan Abdullayevlə, "Kəpəz" isə Mehman Allahverdiyev və Mirbağır İsayevlə yolları ayırıb.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK