Unibank Premyer Liqasının oyunları təxirə salına bilər
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Unibank Premyer Liqasının oyunları təxirə salına bilər

06/02/2012

Azərbaycanın futbol üzrə milli çempionatının oyunları təxirə salına bilər.

Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bazar ertəsi Trend-ə bildirib ki, şaxtalı, qarlı və güclü küləkli hava şəraiti müşahidə olunarsa, həftəsonu Unibank Premyer Liqasının oyunları təxirə salınaraq başqa vaxta keçirilə bilər.

O qeyd edib ki, Bakıdakı stadionların əksəriyyəti süni ot örtüklü olduğundan qarın meydançadan təmizlənməsi çətinliklərlə başa gəlir.

2012-ci il üçün Unibank Premyer Liqasının ilk oyunları fevralın 10-11-də baş tutmalıdır.

XIX tur çərçivəsində fevralın 10-da AZAL (Bakı) - "Sumqayıt" (Sumqayıt), "Qarabağ" (Ağdam) - "Simurq" (Zaqatala), fevralın 11-də isə "Turan" (Tovuz) - "Xəzər Lənkəran" (Lənkəran), "İnter" (Bakı) - "Rəvan" (Bakı), "Kəpəz" (Gəncə) - "Qəbələ" (Qəbələ), "Bakı" (Bakı) - "Neftçi" (Bakı) oyunları keçirilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, fevralın 7-si axşamdan Bakı ərazisində hava şəraiti yenidən kəskin soyuqlaşacaq və çovğun olacaq.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK