Unibank Premyer Liqası / Xəbərlər
Unibank Premyer Liqasının XV turunun oyunlarına yekun vurulub
28/11/2010
Bu gün Unibank Premyer Liqasının XV turunun oyunlarına yekun vurulub. İlk oyun günündə üç qarşılaşma baş tutub. Turun mərkəzi matçı Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı" və "Xəzər Lənkəran" klubları arasında keçirilib. Son üç qarşılamasından qələbə ilə ayrılan "Bakı" "Xəzər Lənkəran"ı məğlub edə bilməyib. Bu qarşılaşma da Lənkərandakı kimi 1-1 hesabı ilə yekunlaşıb. "Gəncə" doğma meydanda MOİK-i Junivan Suaresin 85-ci dəqiqədə vurduğu qolla məğlub edərkən, "Qəbələ" isə "Simurq"u 4 cavabsız qolla darmadağın edib.
Unibank Premyer Liqası
XV tur
28 noyabr
15:00. "Qarabağ" - "Neftçi" - 0:1
Qol: Ruslan Abışov, 56
Tofiq Bəhramov adına Respublika stadionu.
14:00. "Turan" - AZAL - 1:2
Qol: Muammer Erdoğdu, 56 - Zohair Benouahi, 14. Zohair Benouahi, 51
Tovuz şəhər stadionu.
13:00. "Muğan" - "İnter" - 1:0
Qol: Qutierrez, 78
Salyan şəhər stadionu.
27 noyabr
"Bakı" - "Xəzər Lənkəran" - 1:1
Qollar: Uinston Parks, 16,Emin Cəfərquliyev, 56
Tofiq Bəhramov adına Respublika stadionu.
"Gəncə" - MOİK - 1:0
Qol: Junivan Suares, 85 ,
Gəncə şəhər stadionu.
"Qəbələ" - "Simurq" - 4:0
Qollar: Deon Barton, 30 (p.), Kristian Torres, 54, Deon Barton, 60 (p.), Arif İsayev, 90
Qəbələ şəhər stadionu.


