Unibank Premyer Liqası / Xəbərlər
Vaqif Cavadov "Qarabağ"la iki il yarımlıq müqavilə bağladı
18/01/2012
“Vaqif Cavadovla iki il yarım müddətinə müqavilə bağlamışıq. O bu gün komandanın düşərgəsinə qoşulacaq".
Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi "Qarabağ"a daha bir futbolçunun transfer olunacağını deyib: "Transferlərimiz bununla yekunlaşmayacaq. Daha bir nəfər futbolçu transfer etməyi düşünürəm”.


