Unibank Premyer Liqası / Xəbərlər
Xaqani Məmmədov hakimliyə qayıtdı
29/01/2012
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov şənbə günü Antalya şəhərində Ruminiyanın "Kluj" və Ukraynanın "Çernomorets" klublarının oyunlarında baş hakim vəzifəsini icra edib.
Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Odessa təmsilçisinin 3:0 hesablı qələbəsilə başa çatan matçda Məmmədov bir qırmızı, altı sarı vərəqə göstərib və bir penalti təyin edib.
Hər iki komanda X.Məmmədovun idarəçiliyindən razı qalıb.
Qeyd edək ki, X.Məmmədov son dəfə altı il əvvəl rəsmən hakimlik edib. İki il əvvəl isə AFFA Hakimlər Komitəsinin sədri Antalyadakı yoxlama oyunlarından birində baş hakim olub.


