”Xəzər Lənkəran” Antalyaya yola düşdü
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

”Xəzər Lənkəran” Antalyaya yola düşdü

16/01/2012

“Xəzər Lənkəran” 35 nəfərlik heyətlə bu gün Antalyaya təlim-məşq toplanışına yollanıb. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Heyətdə Julius Vobaydan başqa əsas komandanın bütün futbolçuları və həmçinin klubda baxışda olan türkmənistanlı futbolçu Elman Taqayev yer alıb. Qeyd etmək lazımdır ki, kluba məxsus olan, lakin icarə əsasında digər klubda oynayan Konstantin Arbanas da komandaya Antalyada qoşulacaq.

“Xəzər Lənkəran” Belekdə beş ulduzlu “Spice Hotel & Spa” otelində məskunlaşacaq.
Komandanın Antalya toplanışı 16 yanvar – 2 fevral tarixləri arasında olan müddəti əhatə edəcək.

“Xəzər Lənkəran”ın həmin ərəfədə 5 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Bu görüşlərin yanvarın 21, 24, 29 və 31-i, həmçinin fevralın 2-də keçiriləcəyi planlaşdırılır. “Xəzər Lənkəran”ın ilk rəqibi Türkmənistan milli komandası olacaq. Bundan üç gün sonra, 24 yanvarda komandamız Albaniyanın “Teuta” klubu ilə oyunda qüvvəsini sınayacaq. Yanvarın 29-da isə Qazaxıstanın “Atırau” klubu Lənkəran təmsilçisinin rəqibi olacaq.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK