Unibank Premyer Liqası / Xəbərlər
"Xəzər Lənkəran" Avroliqada mübarizəni dayandırdı
08/07/2010
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Xəzər Lənkəran" doğma meydanda Moldovanın "Olimpia" klubu ilə qarşılaşdı. İlk hissədə hesabda geriyə düşən "Xəzər Lənkəran" ikinci hissədə Allan Lalinin qolu ilə tarazlığı bərpa etsə də, qələbə qazana bilmədi. İlk oyunda Moldovada qolsuz heç-heçəyə nail olan "Olimpia" II təsnifat mərhələsinə vəsiqə qazandı.
Istinad: PFL


