Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Xəzər Lənkəran" iki oyunçusunu transferə çıxarıb

17/01/2012

"Xəzər Lənkəran" Futbol Klubu hücumçu Deyan Rusiçi və yarımmüdafiəçi Mario Rosası transferə çıxarıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Adı çəkilən futbolçularla yolların ayrılması qərarı baş məşqçi Cüneyt Biçer tərəfindən verilib. Biçer bu futbolçuların hazırki səviyyəsinin onu qane etmədiyini əsas gətirərək belə addım atıb. Bu səbəbdən komanda Antalya toplanışına bu iki futbolçusuz gedib.

Hər iki futbolçu keçən ilin avqustundan Lənkəran klubuna məxsusdurlar. 29 yaşlı Deyan Rusiç 15 oyunda "Xəzər Lənkəran"ın şərəfini qoruyub, 31 yaşlı Mario Rosas isə komandanın formasını 10 görüşdə geyib.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK