Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Xəzər Lənkəran" qış fasiləsində ilk transferi həyata keçirib

11/01/2012

"Xəzər Lənkəran" klubu qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubun vitse-prezidenti Tuyqun Nadirov Qol.Az-ın müxbiri ilə söhbətində "Xəzər Lənkəran"ın malili futbolçu Tounkara Sadio ilə rəsmi müqavilə imzaladıqlarını bildirib.

T.Nadirov komandanın baş məşqçisi Cüneyt Biçər və komandanın rəisi Səməd Mustafayevin Maliyə 3 futbolçunun transferi üçün getdiyini və artıq bir oyunçu ilə anlaşdıqlarını vurğulayıb.

Sadionun son matçını izləyən komandanın baş məşqçisi afrikalı futbolçunun oyunu bəyənib və onunla münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Bununla da, yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

"Xəzər Lənkəran" rəsmisi sonda Malidən daha iki futbolçu transfer edəcəklərini, ancaq hələlik bu futbolçuların hələlik məlum olmadığını əlavə edib.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK