”Xəzər Lənkəran” yoxlama oyununda məğlub olub
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

”Xəzər Lənkəran” yoxlama oyununda məğlub olub

04/02/2012

Antalya toplanışı çərçivəsində sonuncu,beşinci yoxlama oyununa çıxan “Xəzər Lənkəran” cümə günü “Gloria” otelinin futbol meydançasında Rusiyanın birinci divizion təmsilçisi “Şinnik” (Yaroslavl) klubu ilə qarşılaşıb. Məlumatı Lənkəran klubunun rəsmi saytı yayıb.

Türkiyəli hakimlər briqadasının idarə etdiyi matçın 2-ci dəqiqəsində Yaroslavl komandası penalti zərbəsi ilə hesabi açıb. Oyunun gedişatında topa daha yaxşı nəzarət edən komandamız rəqib qapısına doğru çoxlu sayda həmlələr etsə də, hesabı bərabərləşdirməyə nail ola bilməyib. 45-ci dəqiqədə isə matçın baş hakimi növbəti dəfə komandamızın qapısına penalti təyin edib və rəqib bu imkandan da lazımınca yararlanıb.

Fasiləyə iki top fərqi ilə məğlub durumda gedən “Xəzər Lənkəran”ın qapısına təyin olunan üçüncü penalti qərarından bu dəfə rəqib futbolçu Yaçenko matçın 75-ci dəqiqəsində yararlana bilməsə də, bundan altı dəqiqə öncə hesab artıq 0:3 olmuşdu. Son dəqiqələrdə Subaşiçə qarşı edilən kobudluğdan sonra xeyrimizə təyin olunan penalti zərbəsini hücumçu özü dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib 1:3.

Klubun rəsmi saytında yayılan məlumata əsasən,  Antalya toplanışını cümə günü başa vuran “Xəzər Lənkəran” Antalya - İstanbul, ardından Istanbul - Bakı aviareysi ilə vətənə dönəcək.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK