Unibank Premyer Liqası / Xəbərlər
Yuran: Bakı bizi oyun səviyyəsinə görə üstələdi
20/02/2012
Oyun çox gözəl keçdi. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər qol imkanı oldu. Sadəcə biz bunları reallaşdıra bilmədik.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Sergey Yuran "Bakı" ilə oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis görüşlə bağlı daha sonra bunları bildirib: "Rəqibimiz bizi oyun səviyyəsinə görə üstələdi. Komandamızda bir sıra çatışmamazlıqlar var ki, bu da oyunumuzda özünü biruzə verdi”.


